logo
logo logo
logo

Neft oğurluğu faciəyə çevrildi - 43 nəfər öldü

12:25 - 04 Sentyabr 2026

Neft oğurluğu faciəyə çevrildi - 43 nəfər öldü

Nigeriyanın Rivers ştatında neft oğurluğu cəhdi zamanı baş verən zəhərli qaz sızması nəticəsində 43 nəfər həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rivers ştatının Okrika yerli idarəetmə bölgəsindəki Okari körpüsündə çoxlu sayda insanın neft oğurluğu ilə məşğul olduğu zaman zəhərli qaz sızması baş verib və nəticədə qaza məruz qalan şəxslər arasında zəhərlənmə halları qeydə alınıb. Hadisə nəticəsində 43 nəfərin həyatını itirdiyi, huşunu itirən bəzi şəxslərin isə çaya düşərək itkin düşdüyü bildirilir.

Rivers ştatı polisinin sözçüsü Aqabe Blessinq Karbalo həyatını itirən və ya zəhərlənən şəxslərin neft oğurlamağa cəhd etdiklərini açıqlayıb.

Fakt ilə bağlı araşdırmalara başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az