logo
logo logo
logo

Qətərin Baş naziri sabah Çinə səfər edəcək

16:20 - 06 Sentyabr 2026

Qətərin Baş naziri sabah Çinə səfər edəcək

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani sentyabrın 7-də Çinə iki günlük səfər edəcək.


Manset.az QNA-ya istinadən xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

Məlumata görə, baş nazir səfər zamanı iki ölkə arasındakı strateji münasibətlərin müxtəlif sahələrdə möhkəmləndirilməsi və inkişaf etdirilməsi yollarını, eləcə də hər iki ölkənin maraqları naminə iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsini müzakirə etmək üçün yüksəkvəzifəli Çin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Qeyd olunub ki, görüşlər zamanı həmçinin ən mühüm regional hadisələr və bölgədə gərginliyin azaldılması, eləcə də əhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş diplomatik səylər nəzərdən keçiriləcək. Bundan əlavə, Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin və azadlığının təmin edilməsinin zəruriliyi vurğulanacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az