logo
logo logo
logo

İsrail bu ölkənin diplomatlarına 7 gün vaxt verdi

12:20 - 09 Sentyabr 2026

İsrail bu ölkənin diplomatlarına 7 gün vaxt verdi

İsrail Britaniyanın İordan çayının qərb sahilindəki yaşayış məntəqələrində istehsal olunan məhsulların ticarətinə məhdudiyyət qoymasından sonra Londona qarşı yeni addım atıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ramallahda fəaliyyət göstərən britaniyalı diplomatlara, eləcə də Qəzzada Əlaqələndirmə Mərkəzində çalışan Britaniya nümayəndələrinə ölkəni tərk etmələri üçün 7 gün vaxt verilib.

İsraildə yayımlanan “Kanal 12”nin xəbərində Britaniyanın işğal altındakı İordan çayının qərb sahilində yerləşən İsrail yaşayış məntəqələrində istehsal olunan məhsulların ticarətini qadağan etməsinə cavab olaraq Təl-Əvivin atdığı addımlarla bağlı məlumat verilib.

Xəbərdə İsrailin xarici işlər naziri Gideon Saarın işğal altındakı Şərqi Qüdsdə yerləşən Britaniya konsulluğunun bağlanmasına dair qərar qəbul etdiyi bildirilib. Qeyd olunub ki, konsulluq fəaliyyətini 30 gün ərzində dayandırmalıdır.

Həmçinin bildirilib ki, Ramallahda fəaliyyət göstərən britaniyalı diplomatlara İsraili tərk etmələri üçün 7 gün vaxt verilib. İsrailin cənubundakı Kiryat-Qat şəhərində yerləşən Qəzzada Əlaqələndirmə Mərkəzinin britaniyalı nümayəndələrindən də eyni müddət ərzində ölkəni tərk etmələri tələb olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az