logo
logo logo
logo

"Google"dan Finlandiyada süni intellekt sahəsinə böyük investisiya

23:53 - 09 Sentyabr 2026

\"Google\"dan Finlandiyada süni intellekt sahəsinə böyük investisiya

"Google" Finlandiyada süni intellekt (Sİ) infrastrukturunun gücləndirilməsi məqsədilə iki il ərzində ən azı 13 milyard avro investisiya qoyacağını açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti Finlandiyada süni intellekt sahəsində çalışacaq 4 400 mütəxəssisin hazırlanması üçün 31 milyon avro vəsait ayırmağı da öhdəsinə götürüb.

Şirkətin açıqlamasında bildirilib ki, 2027 və 2028-ci illərdə həyata keçiriləcək layihə Google-un Avropada bir dəfəyə reallaşdıracağı ən böyük investisiya olacaq.

İnvestisiya çərçivəsində məlumat mərkəzlərinin tikilməsi, elektrik şəbəkələrinin yenilənməsi, təmiz enerji və batareya layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Bu infrastruktur layihələri Gemini, Google Axtarış, Xəritələr və YouTube kimi əsas xidmətlərə artan qlobal tələbatın qarşılanmasına imkan verəcək.

Google-un qlobal infrastruktur üzrə vitse-prezidenti Bikaş Koleyin sözlərinə görə, layihənin tikinti mərhələsində ölkə üzrə 37 mindən çox iş yerinin dəstəklənməsi gözlənilir.

İnvestisiyanın Finlandiyanın ümumi daxili məhsuluna (ÜDM) hər il təxminən 3,6 milyard avro töhfə verəcəyi proqnozlaşdırılır.

Obyektlər tam gücü ilə fəaliyyətə başladıqdan sonra mühəndislərdən təhlükəsizlik və istismar əməkdaşlarınadək minlərlə insan üçün daimi iş imkanlarının yaradılacağı bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az