logo
logo logo
logo

Trampın təyyarəsində təhlükəli vəziyyət yarandı 

10:55 - 10 Sentyabr 2026

Trampın təyyarəsində təhlükəli vəziyyət yarandı 

ABŞ Prezidenti Donald Tramp Texasda Respublikaçılar Partiyasının aralıq seçki qurultayına getmək üçün minəcəyi “Air Force One” təyyarəsində qəza zamanı istifadə olunan təxliyə sürüşkəni səhvən açılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə “Joint Base Andrews” hərbi bazasında baş verib. Trampın təyyarəyə minməsindən bir qədər əvvəl hərbi qulluqçunun səhvi nəticəsində şişmə sürüşkən işə düşüb.

Tramp təyyarəyə minməzdən əvvəl helikopterindən enməyərək bir müddət gözləyib. O, uçuş-enmə zolağında jurnalistlərə açıqlamasında təhlükəsizliklə bağlı narahatlıq olmadığını və hərbçilərin sürüşkəni yoxladığını bildirib.

Ağ Evin Kommunikasiya direktoru Stiven Çunq da sistemlərin düzgün işlədiyinə əmin olmaq üçün lazımi yoxlamaların aparıldığını təsdiqləyib.

Hadisə ilə əlaqədar gecikmə ilə havaya qalxan təyyarə Dallas şəhərinə problemsiz enib.

Qətər Kral Ailəsinin hədiyyə etdiyi “Boeing 747-8” tipli lüks təyyarədən sürətləndirilmiş yenilənmə prosesindən sonra iyul ayında istifadəyə başlanılıb.

Sözügedən təyyarə təhlükəsizlik avadanlıqlarının yetərli olmaması və standart “Air Force One” səviyyəsinə cavab verməməsi səbəbindən bir müddətdir tənqid olunur.

Ağ Ev rəsmiləri yeni təyyarədə təhlükəsizlik problemi olmadığını dəfələrlə açıqlasalar da, məsələ ilə bağlı məlumatlı iki mənbə iyul ayında yeni təyyarənin Trampın əvvəllər istifadə etdiyi köhnə təyyarədəki bütün təhlükəsizlik tədbirlərinə malik olmadığını təsdiqləyib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az