logo
logo logo
logo

22 il dondurulmuş embriondan uşaq sahibi oldu

13:42 - 10 Sentyabr 2026

22 il dondurulmuş embriondan uşaq sahibi oldu

Yunanıstanın paytaxtı Afinada 54 yaşlı qadın 22 il 5 ay dondurulmuş vəziyyətdə saxlanılan embriondan sağlam qız uşağı dünyaya gətirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 3 kiloqram 490 qram çəkidə doğulan körpənin embrionu 17 mart 2004-cü ildə dondurulub. 23 dekabr 2025-ci ildə Afinadakı özəl klinikada anaya köçürülən embrion sağlam doğuşla nəticələnib.

Anası Kristina Rapti-Tzelepi 2004-cü ildə eyni müalicə çərçivəsində ilk embrion köçürülməsi zamanı oğlan uşağı dünyaya gətirmişdi.

Lakin cütlüyün 21 yaşlı oğlu 2025-ci ilin oktyabrında yol qəzasında həyatını itirib. Bundan sonra ailə illərdir dondurulmuş vəziyyətdə saxlanılan embrionlardan istifadə etmək qərarına gəlib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az