logo
logo logo
logo

Vanqanın 2027 kəhanətləri ortaya çıxdı - Dünyanı dəyişəcək hadisə baş verəcək

22:05 - 10 Sentyabr 2026

Vanqanın 2027 kəhanətləri ortaya çıxdı - Dünyanı dəyişəcək hadisə baş verəcək

Bolqarıstanlı ekstrasens Baba Vanqaya aid edilən 2027-ci il proqnozu yenidən gündəmə gəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, iddiaya görə, 2027-ci ildə bəşəriyyətin gələcəyini dəyişdirəcək mühüm hadisə baş verəcək.

11 sentyabr terror hücumlarını və COVID-19 pandemiyasını əvvəlcədən xəbər verdiyinə inanılan bolqarıstanlı ekstrasens Baba Vanqanın 2027-ci illə bağlı diqqətçəkən proqnoz verdiyi iddia olunur.

İddiaya görə, Vanqa sirli xəstəlik və ya genetik təcrübənin fövqəlinsani xüsusiyyətlərə malik yeni insan qrupunun meydana çıxmasına səbəb olacağını bildirib.

“Daily Mail” qəzetinin xəbərində Baba Vanqaya aid edilən proqnozda meydana çıxacağı iddia olunan insanların xüsusiyyətləri barədə ətraflı məlumat verilmədiyi qeyd olunub. Bu səbəbdən sözügedən iddia gizli genetik dəyişikliklərdən bioloji müharibəyə qədər müxtəlif fərziyyələrin irəli sürülməsinə səbəb olub.

“Fövqəlinsan” ifadəsinin daha yüksək fiziki güc və ya zəka, xəstəliklərə qarşı davamlılıq, yaxud əvvəllər müşahidə olunmayan bioloji xüsusiyyətlər anlamına gəlib-gəlmədiyi açıqlanmayıb.

Proqnozda həmçinin bu dəyişikliyin təbii epidemiyadan, laboratoriyada baş verən qəzadan, yoxsa insan biologiyasını dəyişdirməyə yönəlmiş məqsədli cəhddən qaynaqlanacağı da bildirilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az