logo
logo logo
logo

Çin limanında gəmi yandı - 25 nəfər həlak oldu

22:10 - 10 Sentyabr 2026

Çin limanında gəmi yandı - 25 nəfər həlak oldu

Çində təmir üçün gəmiqayırma zavoduna gətirilmiş xarici yük gəmisində baş verən yanğın nəticəsində 25 nəfər həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Şandun əyalətinin Çindao şəhərindəki gəmiqayırma zavodunda baş verib. Təmir işlərinin aparıldığı xarici yük gəmisində yerli vaxtla saat 11:15 radələrində yanğın başlayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, gəmidə ümumilikdə 42 nəfər olub. Onlardan 12-si təhlükəsiz şəkildə təxliyə edilib, xəsarət alan 5 nəfər isə xəstəxanaya çatdırılıb. Müalicə altına alınan yaralıların vəziyyətinin sabit olduğu bildirilib.

Yanğınsöndürmə qruplarının müdaxiləsi nəticəsində alov yerli vaxtla saat 14:30 radələrində nəzarətə götürülərək söndürülüb.

Yanğından sonra başlanan axtarış-xilasetmə işləri zamanı ilkin olaraq itkin düşdüyü bildirilən 25 nəfərdən 20-nin meyiti aşkarlanıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az