logo
logo logo
logo

NASA Marsda sirli dəliklər aşkarladı

22:53 - 10 Sentyabr 2026

NASA Marsda sirli dəliklər aşkarladı

NASA-nın 14 ildir Marsdakı Geil kraterində tədqiqatlarını davam etdirən Curiosity kosmik aparatı planetin geoloji keçmişi ilə bağlı yeni və qeyri-adi quruluş aşkar edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Şarp dağı ərazisində sulfatlarla zəngin təbəqələrin yerləşdiyi Valle Qrande bölgəsində hərəkətini davam etdirən aparat Marsın səthində diametri təxminən 1 santimetr olan dayaz və kiçik dəliklər qeydə alıb.

Əvvəllər müşahidə edilən çökəkliklərdən fərqli olaraq, bu dəliklərin ətrafında eroziya nəticəsində aşınaraq ayrılmış çınqıl və ya mineral qalıqları aşkar edilməyib.

Quruluşların olduqca dayaz və geniş olması Qırmızı planetdə məlum aşınma proseslərindən fərqli bir mexanizmin mövcud ola biləcəyinə işarə edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az