İzmirin Səfərihisar Bələdiyyəsində rüşvətxorluq və qanunsuzluq iddiaları ilə bağlı keçirilən əməliyyat çərçivəsində bələdiyyə əməkdaşları və podratçılar da daxil olmaqla 43 şübhəli şəxs saxlanılıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları azadlıqda qalan daha 5 şübhəlinin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.