logo
logo logo
logo

Media qurumlarından Trampa etiraz - Yayımını dayandırdılar

16:22 - 22 Sentyabr 2026

Media qurumlarından Trampa etiraz - Yayımını dayandırdılar

ABŞ-nin aparıcı televiziya kanalları Prezident Donald Tramp administrasiyasının CNN, MS NOW və “Politico” nəşrinin Ağ Evə girişinə qadağa qoymasına etiraz olaraq prezidentin tədbirlərindən görüntülərin birgə yayımını dayandırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, etiraz aksiyası nəticəsində Trampın Ağ Evdə inşa etdirilən yeni helikopter meydançasında çıxışı televiziya kanallarında səssiz görüntülərlə yayımlanıb. Bu addım son illərdə ABŞ mediasının Ağ Ev və Pentaqonun mətbuat siyasətinə qarşı həyata keçirdiyi kollektiv etirazların son nümunəsi olub.

Sentyabrın 21-də prezident tədbirlərini işıqlandıran televiziya qrupunun fəaliyyətini dayandırmasının ardından Trampın Ağ Evdəki yeni helikopter meydançasında keçirilən tədbir həmin qrupun kamerası olmadan baş tutub.

CNN, MS NOW və “Politico” da elə həmin gün Ağ Evə giriş qadağasının aradan qaldırılması tələbi ilə federal məhkəməyə müraciət edib.

2025-ci ilin oktyabrında isə “Reuters”, “Associated Press” (AP), CNN, “Fox”, ABC, CBS, NBC, “The New York Times” və “The Washington Post” daxil olmaqla, 30-dan çox media qurumu Pentaqonun yeni mətbuat qaydalarına imza atmaqdan imtina edib.

Müxbirlərin əhəmiyyətli hissəsi Pentaqona giriş vəsiqələrini təhvil verərək binanı tərk edib.

Pentaqon Mətbuat Assosiasiyası baş verənləri mətbuat azadlığı baxımından “qaranlıq gün” kimi qiymətləndirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az