logo
logo logo
logo

74 yaşlı Harvi Vaynşteyn 15 il müddətinə həbs edildi 

17:50 - 24 Sentyabr 2026

74 yaşlı Harvi Vaynşteyn 15 il müddətinə həbs edildi 

Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur prodüseri Harvi Vaynşteyn 15 il müddətinə həbs edilib.


Manset.az xəbər verir ki, onun keçmiş köməkçisi Miryam Heyliyə qarşı cinsi zorakılıq işi üzrə qərar verilib.

Miryam Heyli yeddi il davam edən məhkəmə prosesi zamanı Vaynşteyni və onun komandasını sosial şəbəkələrdə, mediada nüfuzunu ləkələmək məqsədilə kampaniya aparmaqda ittiham edib.

Hadisə 2006-cı ildə Manhettendə Vaynşteynin mənzilində baş verib. Həmin vaxt Vaynşteyn Miryam Heylini onunla cinsi münasibətdə olmağa məcbur edib.

Məhkəmədə 74 yaşlı Vaynşteyn peşman olduğunu bildirib və üzr istəyib.

Xatırladaq ki, onlarla qadın, o cümlədən aktrisalar, onu cinsi əlaqəyə məcbur etməkdə və zorlamaqda ittiham edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az