İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağına endirdiyi iki zərbə ilə "Nuxba" xüsusi təyinatlı dəstəsinin taqım komandirini və HƏMAS hərəkatının hərbi qanadından olan silahlı radikalı öldürüb.
Manset.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İMQ Nuseyrat (Qəzza zolağının mərkəzi hissəsindəki Fələstin qaçqın düşərgəsi - red.) bölgəsinə zərbə endirib və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı bölməsinin taqım komandiri İbrahim Fauzi İsmayıl Möhseni zərərsizləşdirib. Xan-Yunis (Qəzza zolağının cənubunda şəhər - red.) bölgəsinə endirilən digər zərbə zamanı HƏMAS-ın hərbi qanadından olan daha bir terrorçu - Məhəmməd Kamel Süleyman Möhseni öldürülüb", - bəyanatda deyilir.
Məlumata görə, zərbələr endirilməzdən əvvəl mülki əhaliyə dəyəcək zərərin minimuma endirilməsi üçün tədbirlər görülüb.
Livanın cənubunda radikal "Hizbullah" hərəkatının silah anbarına da zərbələr endirilib.
"Hərbi qulluqçular üçün təhlükə yaradan silahlar aşkar edildikdən sonra İMQ Livanın cənubundakı Secud bölgəsində "Hizbullah"ın silah anbarına zərbə endirib", - bəyanatda deyilir.