Karamanda toy karvanında baş verən yol qəzasında minik avtomobili qarşıdan gələn digər avtomobillə toqquşub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə saat 19:30 radələrində Karamana bağlı Zəngən kəndi yaxınlığında baş verib. Əli Koraşoğlunun idarə etdiyi 42 BET 520 dövlət qeydiyyat nişanlı avtomobillə Həsən Əli Tunçun idarə etdiyi 70 ADE 110 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Toy karvanında olan şəxslərin məlumatından sonra hadisə yerinə çoxlu sayda təcili tibbi yardım, yanğınsöndürmə və jandarm qüvvələri göndərilib. Tibb əməkdaşlarının müayinəsi zamanı sürücü Əli Koraşoğlunun və digər avtomobildə sərnişin olan Abdullah Bilginin həyatını itirdiyi müəyyənləşib.
Qəzada yaralanan Həsən Əli Tunç, Əhməd Sarıkaya, Sərkan Öztürk, Dudu Koraşoğlu və Qamzə Koraşoğlu ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobilləri ilə Karaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıblar.