logo
logo logo
logo

Canlı efirdə dəhşətli açıqlama - Qızı müğənni Güllünü ayağından qaldıraraq atdı

09:29 - 01 Oktyabr 2026

Canlı efirdə dəhşətli açıqlama - Qızı müğənni Güllünü ayağından qaldıraraq atdı

Türkiyəli sənətçi Güllünün (Gül Tut) Yalovanın Çınarcık rayonundakı evinin terrasından yıxılaraq həyatını itirməsindən bir il sonra məhkəmənin ilk iclasına bir gün qalmış mühüm açıqlama yayımlanıb.


Manset.az xəbər verir ki, Yalova 1-ci Ağır Cinayətlər Məhkəməsində bu gün saat 13:50-də başlayacaq məhkəmə iclasından əvvəl hadisənin yeganə birbaşa şahidi və barəsində həbs qətimkan tədbiri seçilməyən təqsirləndirilən şəxs Sultan Nur Ulu bir ildən sonra ilk dəfə televiziya studiyasına gələrək canlı yayımda qətl anını danışıb.

Canlı yayım zamanı ona prokurorluqda verdiyi ifadə və hadisə yerində aparılan canlandırmaya aid görüntülər təqdim edilib. Sultan Nur Ulu ona ünvanlanan “Tuğyan anasını omba nahiyəsindən qaldıraraq aşağı atdı?” sualına “Bəli, doğrudur. Eynilə belə atdı” cavabını verib.

Ekrana gətirilən canlandırma görüntüsündəki vəziyyətin şəxsən gördüyü hadisəyə və hadisənin əsl gedişatına tam uyğun olduğunu təsdiqləyən Sultan Nur Ulu mərhumun qızı Tuğyan Ülkəm Gülter tərəfindən fiziki olaraq qaldırılaraq pəncərədən aşağı atıldığını bir daha ictimaiyyət qarşısında təsdiqləyib.

Sultan Nur Ulu qətl zamanı keçirdiyi hisslərdən də danışıb. O, böyük sarsıntı və güclü qorxu yaşadığını bildirib.

Hadisə baş verən anda olduğu yerdə donub qaldığını deyən şahid dəhşətli anları belə ifadə edib:

“Aşağıya heç baxmadım. Sanki donub qalmışdım. Tuğyan “Qaç!” deyə qışqırdı və önümdən qaçdı. Mən də qorxudan onun arxasınca qaçdım”.

Tuğyanın qətl törətmək niyyətindən əvvəlcədən xəbərdar olub-olmadığı ilə bağlı suala Sultan Nur Ulu qəti şəkildə cavab verib:

“Tuğyanın anasını öldürə biləcəyi ehtimalını daha əvvəl heç vaxt eşitməmişəm, mənə heç nə deməyib. Desəydi, özümü belə bir işin içinə qətiyyən salmazdım, Gülü də mütləq xəbərdar edərdim. Mən 24 yaşında bir qızam, niyə belə bir hadisənin içində olum?”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az