logo
logo logo
logo

Makrondan İngiltərəyə ÇAĞIRIŞ - "Aİ-yə geri dönün!"

11:01 - 01 Oktyabr 2026

Makrondan İngiltərəyə ÇAĞIRIŞ - \"Aİ-yə geri dönün!\"

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Avropa İttifaqına yenidən üzv olmasının ölkənin qarşısında duran variantlardan biri olduğunu bildirən Böyük Britaniyanın Baş naziri Endi Börnhəmin açıqlamasını alqışlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron İspaniyaya səfəri çərçivəsində Baş nazir Pedro Sançeslə birgə mətbuat konfransı keçirib.

Makrona Böyük Britaniyanın Baş naziri Endi Börnhəmin ölkəsinin Avropa İttifaqına (Aİ) yenidən qoşulmasının qarşıda duran variantlardan biri olduğunu bildirməsi barədə sual ünvanlanıb.

Fransa Prezidenti bu açıqlamaya belə münasibət bildirib:

“Britaniyalıların Aİ-yə yenidən qoşulmaq istəməsi avropalılar üçün çox gözəl xəbər olacaq. Yenidən xoş gəlmisiniz”.

Makron Fransa ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müdafiə, təhlükəsizlik və miqrasiya kimi sahələrdə davam etdiyini qeyd edib.

“Bu, düzgün qərardır. Börnhəm bu cəsarəti göstərməkdə haqlıdır. Aİ-yə qayıdın”, – deyə Fransa Prezidenti vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az