ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə Dubaydan Təl-Əvivə uçarkən Səudiyyə Ərəbistanına məcburi eniş edən təyyarədə baş verən hadisə ilə bağlı açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Dubaydan Təl-Əvivə uçarkən Səudiyyə Ərəbistanına məcburi eniş edən təyyarənin köməkçi pilotu ilə bağlı “Görünür, ya terrorçu, ya da psixi cəhətdən qeyri-sabit biri olub və pilotu bıçaqlayıb” deyib.
İsrailin Baş naziri Binyamin Netanyahu ilə məsələ barədə uzun müddət danışdığını bildirən Tramp deyib:
“Görünür, köməkçi pilot ya terrorçu, ya da psixi cəhətdən qeyri-sabit biri olub və pilotu bıçaqlayıb. Netanyahu bildirib ki, təyyarədə olan israilli santexnik kabinədən gələn qışqırıq səslərini eşitdikdən sonra vəziyyətə müdaxilə edib. Həmin sərnişin daha əvvəl heç vaxt təyyarə idarə etməyib. O, idarəetmə sükanını əlinə alıb təyyarəni yuxarı qaldırıb və təyyarə yerə çırpılmadan əvvəl onu düz uçuş vəziyyətinə gətirib”.
Tramp Netanyahunun sərnişinin fövqəladə vəziyyət zamanı nə etməli olduğunu televiziya verilişindən öyrəndiyini söylədiyini qeyd edib.
“Eşitdiyim hekayə budur. Bunun doğru olub-olmadığını bilmirəm”, – deyə Tramp bildirib.