logo
logo logo
logo

Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava - VİDEO 

11:04 - 06 Oktyabr 2026

Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava - VİDEO 

Ermənistan parlamentinin növbəti iclasında deputatlar arasında əlbəyaxa dava baş verib.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, gərginlik parlamentin sədri Ruben Rubinyanın müxalif “Güclü Ermənistan” fraksiyasının üzvü Edqar Kazaryanın çıxışını yarımçıq kəsməsindən sonra yaranıb.

Kazaryan parlament sədrini dövlət vəsaitlərini israf etməkdə ittiham edib. Rubinyan isə çıxışın gündəlikdəki məsələdən kənara çıxdığını bildirərək onun sözünü kəsib.

Qısa mübahisədən sonra Kazaryan tribunadan öz yerinə qayıdıb. Bu zaman hakimiyyətyönlü deputat Vahe Qalumyan ona yaxınlaşmaq istəyib, lakin Kazaryanın fraksiya yoldaşı Vaqinak Vartanov onun qarşısını kəsib.

İki fraksiyanın katibləri Vova Akopyan və Tiqran Abramyan arasında söz mübahisəsi də gərginliyi artırıb. Ardınca qarşıdurma yaranıb və digər deputatlar da davaya qoşulublar.

Hadisədən sonra parlamentin sədri iclasa fasilə elan edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az