ABŞ Ukraynaya yardım göstərməyə və bu ölkə ilə kəşfiyyat məlumatlarını bölüşməyə davam edir.
Manset.az Azərtac-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
“ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayıb. Biz onlara kömək edirik və kəşfiyyat məlumatlarını paylaşırıq. Müharibənin başa çatmasını istəyirik. Buna görə də həm Ukrayna, həm də Rusiya ilə müharibəyə son qoymaq istiqamətində işləyirik”, – deyə Tramp əlavə edib.
ABŞ Prezidenti Rusiya və Ukraynanın müharibəni bitirmək istədiyini, lakin buna necə nail olacaqlarını bilmədiklərini qeyd edib.
“Həyatım boyu razılaşmalar əldə etməklə məşğul olmuşam. Hər iki tərəf müharibənin bitməsini istəyir, lakin buna necə nail olacaqlarını bilmirlər. Onların arasında böyük nifrət var. Hər ikisi müharibəni bitirmək istəyir, amma bunun yolunu tapa bilmir. Biz onların buna nail olmasını təmin edəcəyik”, – deyə Tramp vurğulayıb.