logo
logo logo
logo

Uşaqları qəfəslərdə saxlayıb, yemək və sudan məhrum etdilər - Dəhşətli hadisə

10:06 - 18 Oktyabr 2026

Uşaqları qəfəslərdə saxlayıb, yemək və sudan məhrum etdilər - Dəhşətli hadisə

ABŞ-də bir kişi və həyat yoldaşı evlərində uşaqların dəhşətli şəraitdə saxlanıldığı aşkar edildikdən sonra həbs olunublar.


Manset.az xəbər verir ki, bu barədə "LADbible" nəşri məlumat yayıb.

Məlumata görə, 37 yaşlı Conatan Parr və 32 yaşlı Jaklin Koulman doqquz uşaqla birlikdə yaşayıblar. Uşaqlardan yeddisi Koulmanın Parrdan olan övladlarıdır. Cütlük ən azı 2023-cü ilin aprelindən etibarən uşaqlara qarşı qəddar davranıb.

Ən kiçiyinin bir yaşı olan uşaqlar mütəmadi olaraq zorakılığa məruz qalıblar. Onlardan bəzilərinin sözlərinə görə, valideynləri onları qəfəslərdə və ya arakəsmələrin arxasında saxlayıb, yemək və sudan məhrum ediblər.

Uşaqlar tez-tez cəzalandırılıblar. Belə ki, onları saatlarla divarın qarşısında stulda otururmuş kimi vəziyyətdə dayanmağa məcbur ediblər. Bəzən uşaqlar bu vəziyyətdə bütün günü keçirməli olublar. Bundan əlavə, valideynləri onlardan ayaq barmaqlarının arasına mismar sıxaraq uzun müddət ayaq üstə dayanmağı tələb edib.

Polis əməkdaşları cütlüyün evinə gələrək otaqlara baxış keçiriblər. Məlum olub ki, uşaqların çarpayıları və yataq ləvazimatları belə olmayıb. Otaqlarda antisanitariya hökm sürüb və çoxlu həşərat olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları evdəki yaşayış şəraitini "dəhşətli" adlandırıblar.

Cütlük həbs edilib. Parr isə ona qarşı irəli sürülən ittihamları rədd edir./Oxu.Az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az