Ukraynanın paytaxtı Kiyev raket hücumuna məruz qalıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, həmçinin partlayışların baş verdiyi bildirilir, lakin əlavə təfərrüatlar açıqlanmayıb.
Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindəki məlumatlara əsasən, Kiyev və ətrafındakı Kiyev vilayəti üçün hava həyəcanı elan edilib.