logo
logo logo
logo

Ermənistanda məhbus məhkəmə binasından qaçdı 

17:55 - 26 Oktyabr 2026

Ermənistanda məhbus məhkəmə binasından qaçdı 

Ermənistanda məhbus Armavir ümumi yurisdiksiya məhkəməsinin binasından qaçıb.


Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, o, cəzasını "Armavir" cəzaçəkmə müəssisəsində çəkirdi.

Bildirilib ki, həmin şəxs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün məişət zorakılığı işi üzrə məhkəməyə gətirilib. Hakim həbs barədə qərarı oxuduqdan sonra o, qaçmağa müvəffəq olub.

Hazırda Armavirdə polis gücləndirilmiş rejimdə işləyir.

Daxili işlər nazirinin mətbuat katibi Narek Sarqsyan məhbusun qaçması barədə məlumatı təsdiqləyib.

Medianın məlumatına görə, daha əvvəl oxşar hadisə Şirak vilayətində də baş verib. Həmin vaxt təqsirləndirilən şəxs məhkəmə binasının pəncərəsini sındıraraq qaçıb gizlənmiş, lakin sonradan saxlanılmışdı. Bundan sonra ona qarşı yeni ittihamlar irəli sürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az