logo
logo logo
logo

Tramp Putin və Zelenski ilə görüş planlarını açıqladı 

09:17 - 28 Oktyabr 2026

Tramp Putin və Zelenski ilə görüş planlarını açıqladı 

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda rusiyalı və ukraynalı həmkarları - Vladimir Putin və Volodimir Zelenski ilə görüş keçirməyə ümid etdiyini bildirib.


Manset.az report-a istinadən xəbər verir ki, ABŞ lideri bunu Texas ştatından qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryuz hərbi bazasında jurnalistlərə açıqlayıb.

"Düşünürəm ki, Rusiya və Ukrayna arasındakı münaqişənin həllində böyük irəliləyiş əldə edirik. Tezliklə görüş təşkil olunacaq. Hesab edirəm ki, əhəmiyyətli irəliləyiş əldə edilib", - Tramp bildirib.

Jurnalistlərin görüşün konkret kiminlə planlaşdırıldığına dair dəqiqləşdirici sualına cavab verərkən ABŞ Prezidenti Putin və Zelenskinin adını çəkib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az