İran Prezidenti Məsud Pezeşkian ətraf ölkələrlə və qonşu dövlətlərlə qarşılıqlı yardım yolu ilə bölgənin təhlükəsizliyini birlikdə təmin edə biləcəklərini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Prezident Administrasiyasının yaydığı məlumata görə, Pezeşkian Milli Təbiət Ərazilərinin Mühafizəçiləri Günü münasibətilə etdiyi çıxışda bölgədəki problemlərlə bağlı fikirlərini bölüşüb.
Pezeşkian deyib: “Ətrafımızdakı bütün ölkələrlə qardaşıq və hamımız müsəlmanıq. Buna görə də bir-birimizə kömək edə və bölgəmizin təhlükəsizliyini təmin edə bilərik”.
ABŞ hökumətinin büdcəsinin böyük hissəsinin hərbi qüvvələrə ayrıldığını bildirən Pezeşkian, ABŞ-ın törətdiyi insanlıq cinayətlərinə baxmayaraq, bölgənin təhlükəsizliyini təmin etmək iddiası ilə dünyanın o biri ucundan gəlməsinə ehtiyac duymadıqlarını vurğulayıb.