Egey dənizində 4,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, AFAD-ın rəsmi internet səhifəsində yayılan məlumata əsasən, bu gün saat 13:44-də Egey dənizində 4,7 maqnitudalı zəlzələ baş verib.
Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib.