ABŞ-də 700-dən çox restoranla fəaliyyət göstərən “Checkers & Rally’s” şəbəkəsinin françayzinq tərəfdaşlarından biri maliyyə çətinlikləri səbəbindən müflisləşmədən müdafiə olunmaq üçün məhkəməyə müraciət edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hərraca çıxarılmasına bir gün qalmış edilən müraciətdən sonra şirkətin borclarının yenidən strukturlaşdırılması prosesinə başlanılıb.
ABŞ-nin sürətli xidmət göstərən restoran sektorunda yaşanan maliyyə çətinlikləri restoran sahiblərinə təsir göstərməkdə davam edir. Təxminən 40 illik tarixə malik “Checkers & Rally’s” şəbəkəsinin françayzinq tərəfdaşlarından olan “Global Midsouth Holding Corp.” şirkəti maliyyə problemləri və əmlakının borclara görə müsadirə olunması təhlükəsi ilə əlaqədar müflisləşmədən müdafiə olunmaq üçün məhkəməyə müraciət edib.