Türkiyənin Manisa vilayətinin Yunusemre rayonunda 45 yaşlı Uğur Kabaağaç mübahisə etdiyi anası 73 yaşlı Hülya Aktaş və 42 yaşlı qardaşı Hüseyin Kabaağaçı bıçaqlayaraq öldürüb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə səhər saat 08:30 radələrində Ayniali məhəlləsi 3316-cı döngədə yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində qeydə alınıb. Evə gələn Uğur Kabaağaç ilə anası Hülya Aktaş və qardaşı Hüseyin Kabaağaç arasında hələ ki müəyyənləşdirilməmiş səbəbdən mübahisə düşüb. Mübahisə qısa müddətdə davaya çevrilib. Uğur Kabaağaç mətbəxdən götürdüyü bıçaqla anasını və qardaşına xəsarət yetirib.
Uğur Kabaağaç hadisə yerindən qaçarkən bacısına telefonla zəng edərək, "Anamı və qardaşımı öldürdüm" deyib. Bacısının məlumat verməsindən sonra ünvana çoxsaylı tibb və polis əməkdaşları cəlb olunub. Tibb işçilərinin apardığı müayinə zamanı ana və oğulun həyatını itirdiyi müəyyənləşdirilib.
Hülya Aktaş və oğlunun meyitləri müayinə olunmaq üçün Manisa Mərkəzəfəndi Dövlət Xəstəxanasının Məhkəmə-Tibbi Ekspertiza Qurumunun morquna aparılıb. Qaçan şübhəli Uğur K. yaxalanıb, faktla bağlı araşdırma başlanılıb.