İran raketlərin uçuş mənzilinə tətbiq edilən bütün məhdudiyyətləri ləğv edib.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Mohebi məlumat yayıb.
"İran üçün raketlərin mənzil məhdudiyyəti rəsmən aradan qaldırılıb", - deyə Mohebi vurğulayıb.
Generalın sözlərinə görə, Tehran təhdidlərə adekvat cavab vermək imkanlarını praktiki müstəvidə nümayiş etdirəcək və asimmetrik müharibə şəraitində düşmənə tamamilə gözləmədiyi nöqtədən sarsıdıcı zərbə vurmağa qadirdir.