Azerbaijan flag

"iPhone" detalları istehsal edilən zavodda faciə - 3 işçi həlak oldu

13:45 - 10 Noyabr 2026

\"iPhone\" detalları istehsal edilən zavodda faciə - 3 işçi həlak oldu

Hindistanın Tamilnad ştatının Hosur şəhərində yerləşən və "iPhone" smartfonları üçün detallar istehsal edilən "Tata Electronics" müəssisəsində bədbəxt hadisə baş verib, nəticədə üç işçi həyatını itirib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, fəhlələr, ehtimal ki, filtrasiya sisteminin çənini təmizləyərkən və texniki qulluq göstərərkən boğularaq ölüblər.

Güman edilir ki, baxış zamanı əməkdaşlar zəhərli qazın təsirinə məruz qalıblar.

Ştat hökumətinin rəsmisi Virudhay Maqal Kirtxana özünün "X" sosial şəbəkə hesabında baş vermiş faciə ilə əlaqədar genişmiqyaslı təhqiqat aparılacağı və gələcəkdə belə halların yenidən yaşanmaması üçün bütün zəruri tədbirlərin görüləcəyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az