logo
logo logo
logo

Avropa Kubokunun qalibi güllələnərək öldürüldü

20:45 - 14 Noyabr 2026

Avropa Kubokunun qalibi güllələnərək öldürüldü

Rusiya Sambo Çempionatının medalçısı Vatsilov Davudov Dağıstanda baş verən atışmada qətlə yetirilib.


Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə “Mərakeş” ziyafət zalının qarşısında qeydə alınıb.

Bildirilir ki, 31 yaşlı idmançı zalda keçirilən tədbirdə iştirak edib. O, binadan çölə çıxarkən naməlum şəxslər qara rəngli “Toyota Camry” markalı avtomobildən ona atəş açıblar. Güllələrdən biri Davudovun başına dəyib.

Ağır yaralanan idmançı xəstəxanaya aparılarkən yolda həyatını itirib. Hücumu törədən şəxslər hadisə yerindən uzaqlaşıblar, avtomobil isə axtarışa verilib.

Qeyd edək ki, Davudov Rusiyanın idman ustası, 2016-cı il Avropa Cüdo Kubokunun qalibi və 2023-cü il Rusiya Sambo Çempionatının bürünc medalçısı olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az