logo
logo logo
logo

Aİ-də elektronik müharibə siqnalı - 140 təyyarəyə təsir etdi

17:07 - 25 Noyabr 2026

Aİ-də elektronik müharibə siqnalı - 140 təyyarəyə təsir etdi

Avropanın hava məkanında Rusiyanın elektron müharibə fəaliyyəti ilə bağlı narahatlıqlar getdikcə artır. Şimal dənizində Rusiya gəmilərinin hərəkəti zamanı baş verən GPS siqnalı kəsintisindən təxminən 140 təyyarə təsirlənib. Böyük Britaniya, Niderland və Almaniyanın hava məkanına yayılan siqnal pozuntularının mənbəyinin Rusiya hərbi gəmisi ola biləcəyi ehtimal edilir. Baltik dənizindən Qara dənizə qədər uzanan geniş ərazidə də oxşar hadisələr qeydə alınmaqda davam edir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, noyabrın 9-da Şimal dənizi üzərində 19 dəqiqə davam edən genişmiqyaslı peyk naviqasiyası kəsintisi baş verib.

Aviasiya məlumatlarını araşdıran “Hexbird” şirkəti həmin vaxt 92 təyyarənin GPS sistemində nasazlıq yarandığını müəyyən edib. Siqnal pozuntusundan təsirlənən təyyarələr arasında “British Airways”, “Ryanair” və “easyJet” aviaşirkətlərinə məxsus sərnişin təyyarələri də olub.

Araşdırmaçılar son bir il ərzində bölgədə bu miqyasda başqa GPS kəsintisinin qeydə alınmadığını bildiriblər.

Hadisələrin arxasında elektron müharibə avadanlıqları ilə təchiz olunmuş Rusiya hərbi gəmisinin dayandığı ehtimal edilir. Bununla belə, kəsintilərin mənbəyi ilə bağlı iddia hələlik təsdiqlənməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az