Şimali Koreya İsveçrəyə ölkədəki diplomatik nümayəndəliyini bağlaması üçün 48 saat vaxt verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pxenyan nümayəndəliyə rəhbərlik edən isveçrəli diplomatı “arzuolunmaz şəxs” elan etdiyini bildirib.
Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, İsveçrənin Ukraynalı uşaqların zorla ölkədən çıxarılması ilə bağlı iddialarda adı hallanan “Songdowon” Beynəlxalq Uşaq Düşərgəsini sanksiya siyahısına daxil etmək qərarından sonra Pxenyandakı diplomatik nümayəndəliyin rəhbəri Astier Silven adlı diplomat Şimali Koreya Xarici İşlər Nazirliyinə çağırılıb.
Nazirlik İsveçrənin bu qərarına etirazını bildirərək ötən ay fəaliyyətə başlayan diplomatik nümayəndəliyin bağlanmasını tələb edib. Həmçinin yüksək vəzifəli diplomatın 48 saat ərzində ölkəni tərk etməsi istənilib.