logo
logo logo
logo

Missisipidə təyyarə qəzaya uğradı - 2-si uşaq olmaqla 6 nəfər öldü

17:16 - 25 Noyabr 2026

Missisipidə təyyarə qəzaya uğradı - 2-si uşaq olmaqla 6 nəfər öldü

ABŞ-nin Missisipi ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 2-si uşaq olmaqla 6 nəfər həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Sahil Mühafizəsi Xidmətinin sözçüsü Xuan Ros açıqlamasında Missisipi ştatında “Cessna 210” tipli kiçik təyyarənin dənizə düşdüyünü bildirib.

Təyyarənin qalıqlarının aşkarlandığını bildirən Ros onların arasından 8 və 10 yaşlı iki uşağın, eləcə də dörd böyük şəxsin meyitinin çıxarıldığını qeyd edib.

Dünya üzrə uçuş məlumatlarını izləyən “FlightAware” platformasının məlumatına görə, təyyarə Luiziana ştatının Yeni Orlean şəhərindən Florida ştatının Fort Mayers şəhərinə uçmaq üçün havaya qalxıb.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəzanın səbəblərini araşdırmaq üçün istintaqa başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az