ABŞ şirkəti kosmosa bilet satışına başlayır - QİYMƏT

08:56 - 16 Fevral 2022

ABŞ şirkəti kosmosa bilet satışına başlayır - QİYMƏT

Fevralın 16-dan “Virgin Galactic Holdings Inc.” suborbital uçuşlara bilet satışına başlayır.

 

Manset.az xəbər verir ki, şirkətin baş direktoru Maykl Kolqlazye bildirib ki, ilin sonundək min biletin satılması planlaşdırılır.

Onun sözlərinə görə, ilk uçuşların 2022-ci ilin sonunda həyata keçiriləcək. Nyu Meksikodan qalxacaq kosmik təyyarə 1,5 saat ərzində sərnişinlərinə unudulmaz anlar yaşadacaq.

Suborbital uçuş üçün biletin qiyməti 450 min dollar olacaq. Bundan əlavə, bileti əldə etmək üçün 150 min dollar depozit lazımdır.

Qeyd edək ki, bu məlumat şirkətin səhmlərinin qiymətinə müsbət təsir edib. Onlar ticarət sessiyası ərzində 20% bahalaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az