Hondurasın sabiq Prezidenti saxlanıldı - FOTO

10:46 - 16 Fevral 2022

Hondurasın sabiq Prezidenti saxlanıldı - FOTO

Hondurasın keçmiş Prezidenti Xuan Orlando Hernandes ölkə paytaxtı Tequsiqalpada saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Tribuna” yayıb.

Ölkənin hüquq-mühafizə orqanları Hernandesin saxlanılması üçün yüksək təhlükəsizlik tədbirlərinin müşayiəti ilə əməliyyat keçirib. Əməliyyat zamanı heç bir insident yaşanmayıb və əməliyyatın görüntüləri yayılıb.

Eks-Prezident narkotik alverində ittiham olunur. Belə güman edilir ki, o, Amerika ərazisinə çox miqdarda kokain daşımaqda iştirak etməkdə şübhəli bilinir.

Qeyd edək ki, ABŞ məhkəməsi 2021-ci ilin martında keçmiş Prezidentin qardaşı Xuan Antonio Hernandesi narkotik alverində iştirakına görə ömürlük həbs cəzasına məhkum edib.

 




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az