İtaliyanın Baş naziri Rusiyaya səfər Edəcək

21:00 - 17 Fevral 2022

İtaliyanın Baş naziri Rusiyaya səfər Edəcək

İtaliyanın Baş naziri Mario Draqi qarşıdakı günlərdə Rusiyaya səfər edə bilər.

Manşet.az xəbər verir ki, baş nazir bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiyaya səfər çərçivəsində Prezident Vladimir Putinlə görüşü planlaşdırılır və artıq görüşün təşkil edilməsi istiqamətində işlər aparılır.

Baş nazir görüşün qarşıdakı günlərdə baş tutacağını düşündüyünü vurğulayıb.

Qeyd edək ki, bu gün İtaliyanın xarici işlər naziri Luici Di Mayo da rusiyalı həmkarı Sergey Lavrovla Draqi və Putin arasında görüşün mümkün tarixini müzakirə etdiyini deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az