Putinlə Lukaşenkonun görüşü bitdi

18:31 - 18 Fevral 2022

Putinlə Lukaşenkonun görüşü bitdi

Rusiya Prezidenti Vladimir Putin və belaruslu həmkarı Aleksandr Lukaşenko arasında görüş başa çatıb.

Manşet.az xəbər verir ki, danışıqlar iki saat yarım davam edib. Liderlər daha sonra mətbuata açıqlama veriblər. 

Putinin sözlərinə görə, görüş dostluq və eyni zamanda işgüzar şəraitdə keçib. O vurğulayıb ki, Moskva və Minsk strateji tərəfdaşdır, yaxşı qonşu, ən yaxın müttəfiqlərdir:

"Bizi ümumi tarix, mənəvi dəyərlər möhkəm birləşdirir. Çoxşaxəli ikitərəfli əməkdaşlıq həmişə qarşılıqlı hörmət, dəstək və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri üzərində qurulub".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az