Bu enerji nəhəngi "Qazprom"la əməkdaşlığa son qoydu

22:37 - 28 Fevral 2022

Bu enerji nəhəngi \"Qazprom\"la əməkdaşlığa son qoydu

Böyük Britaniyanın, eləcə də dünyanın nəhəng enerji şirkəti "Shell" Rusiyanın Ukraynaya olan hücumuna görə "Qazprom" şirkəti ilə əməkdaşlığına son qoyur.

Manşet.az xəbər verir ki, bununla bağlı şirkətin ba direktoru Ben van Burden açıqlama verib.

"Ukraynada Avropanın təhlükəsizliyini təhdid edən mənasız hərbi təcavüz nəticəsində baş verən insan itkilərindən şokdayıq", - deyə baş direktor vurğulayıb.

"Shell" Rusiyanın Saxalin adasında yerləşən neft-qaz layihəsi- "Saxalin II"də 27,5%, "Salym Petroleum Development N.V"də isə 50% payını satdığı bildirilir.

Şirkətin 2021-ci ilin sonuna olan hesabatına görə, "Qazprom"dakı "dövrü olmayan aktivləri" 3 mlrd. dollar təşkil edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az