“Hərbi gəmilərin boğazlardan keçməsi ilə bağlı xəbərdarlıq etdik” - Çavuşoğlu

23:41 - 28 Fevral 2022

“Hərbi gəmilərin boğazlardan keçməsi ilə bağlı xəbərdarlıq etdik” - Çavuşoğlu

“Biz bütün sahilyanı və sahilyanı olmayan ölkələrə xəbərdarlıq etdik ki, münaqişə şəraitində Qara dənizdən hərbi gəmilər keçməsin. İndiyədək belə bir keçid olmayıb, biz Montrö müddəalarını tətbiq edirik”.

Manşet.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Türkiyə müharibədə tərəf deyilsə, müharibə tərəflərinin gəmilərini boğazdan keçirməmək səlahiyyəti var. Əgər hərbi gəmi Qara dənizdəki bazasına qayıdırsa, keçid bağlanmır. Biz Montrö müddəalarını tətbiq edirik. Biz bütün sahilyanı və sahilyanı olmayan ölkələrə hərbi gəmilərin boğazlardan keçməsi ilə bağlı xəbərdarlıq etdik.

Montrö sazişini tətbiq etdik və bundan sonra da edəcəyik. Bu günə qədər boğazlardan keçid və ya keçid üçün heç bir müraciət olmayıb. Ruslar bu günə qədər soruşurdular ki, lazım gələrsə, Montrönü həyata keçirəcəyikmi? Biz onlara deyirdik ki, razılaşmaya ciddi əməl edəcəyik”, - XİN rəhbəri vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az