Türkiyənin milli müdafiə naziri Hulusi Akar Montrö boğazlar konvensiyası ilə bağlı açıqlama verib.
Manset.az xəbər verir ki, nazir konvensiyanın şərtlərinə əməl edəcəklərini bildirib.
Akar qeyd edib ki, Türkiyə Qara dənizin rəqabət məkanına çevrilməməsi üçün səylər göstərir: “Qara dənizin ən uzun sahilinə malik olan ölkə olaraq bu anlayışı mühafizə etdik. Bütün danışıqlarımızda Türkiyə olaraq Qara dənizin sülh, dinclik və təhlükəsizlik mühiti olaraq qalması üçün səylər göstərdik. İndi də bu məsələyə belə baxırıq. İndiyədək olduğu kimi Montrö boğazlar konvensiyasının 19, 20 və 21-ci maddələrinin tətbiqini davam etdirəcəyik”.