Paşinyan Makronla Qarabağı müzakirə etdi

12:55 - 01 Mart 2022

Paşinyan Makronla Qarabağı müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Tərəflər söhbət zamanı Qarabağdakı vəziyyəti, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyi müzakirə ediblər. Həmçinin beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Bununla belə, onların Ukraynadakı hərbi əməliyyatı müzakirə edib-etmədikləri açıqlanmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az