Putinin qızı diqqət mərkəzində: “Şeytanın qızı”

12:21 - 03 Mart 2022

Putinin qızı diqqət mərkəzində: “Şeytanın qızı”

Putinin qızı İnstaqramda kəskin reaksiyaların mərkəzindədir.

 

Manset.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin 2000-ci illərin əvvəllərində münasibətdə olduğu Svetlana Krivonoqixdən olduğu iddia edilən qızı Luiza Krivonoqix Rusiya liderinin Ukraynaya müdaxilə qərarından sonra sosial medianın hədəfinə çevrilib.

18 yaşlı Luizaya minlərlə mesaj göndərilib. Luiza troll hesabları tərəfindən "şeytanın qızı" adlandırılıb.

Sankt-Peterburqda tələbə olan 18 yaşlı Luiza hazırda böyük Rusiya bankının yarı sahibi olan 45 yaşlı multimilyonçu Svetlana Krivonoqixin qızıdır.

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Luizaya gələn mesajlar diqqət çəkib. Gənc qızın hesabından Rusiya liderinə səslənənlər çoxdur.

İstifadəçilərdən biri Luizaya "Sən siçan kimi bunkerdə oturursan?" yazarkən başqaları “qatilin, hərbi cinayətkarın, psixopatın və narkotik aludəçisinin qızıdır”, “Rus xalqı bu diktatora qarşı ayağa qalxmalıdır” deyə fikir bildiriblər. Lakin bəzi insanlar Luizanı "Onu mühakimə etmə... bu onun günahı deyil", "O, heç nə edə bilməz, çünki onun çılğın atası var" deyərək dəstəkləyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az