Putinlə Ərdoğan arasında telefon danışığı BAŞLADI

13:56 - 06 Mart 2022

Putinlə Ərdoğan arasında telefon danışığı BAŞLADI

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı başlayıb.

 

Manset.az bu barədə "TRT Haber" telekanalına istinadən xəbər verir.

Tərəflər arasında Ukraynadakı vəziyyət müzakirə olunur.

Bundan əvvəl Türkiyə Prezidentinin nümayəndəsi bildirmişdi ki, Ərdoğan Putinlə danışıqlar zamanı Ankaranın Ukrayna ilə bağlı təkliflərini ona açıqlayacaq.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az