ABŞ Ukraynaya və qaçqınları qəbul edən ölkələrə kömək edəcək

14:59 - 06 Mart 2022

ABŞ Ukraynaya və qaçqınları qəbul edən ölkələrə kömək edəcək

ABŞ Ukraynaya və qaçqınları qəbul edən ölkələrə yardım üçün 2,5 milyard dollarlıq fond yaradacaq.

 

Manset.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Moldova Prezidenti Maya Sandu ilə aparılmış danışıqların yekunlarına dair keçirilən brifinqdə deyib.

“Birləşmiş Ştatlar qaçqınları qəbul etdiyinə görə dünya ictimaiyyətinin minnətdarlığına layiq olan Moldovaya yardım göstərəcək. Co Bayden administrasiyası Ukraynaya və qaçqınları qəbul edən ölkələrə yardım üçün 2,5 milyard dollarlıq fövqəladə fondun təsdiqini xahiş edib”, - Blinken bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az