İtaliyanın "ANSA" agentliyi Moskvadakı işini dayandırıb

16:10 - 06 Mart 2022

İtaliyanın \"ANSA\" agentliyi Moskvadakı işini dayandırıb

İtaliyanın "ANSA" xəbər agentliyi Moskvadakı ofisinin işini dayandırıb.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə agentlikdən bildirilib.

Qərara səbəb Rusiya hakimiyyəti tərəfindən etibarsız hesab edilən məlumatların dərcinə görə sərt cəzaların tətbiqidir.

Eyni zamanda qeyd edilir ki, Romadakı mərkəzi redaksiya, eləcə də digər xarici bürolar vasitəsilə agentliyin lent yazılarına Rusiya ilə bağlı məlumatların göndərilməsi davam etdiriləcək.

Bundan əvvəl İtaliyanın RAI dövlət televiziyası öz müxbirlərinin fəaliyyətini dayandırdığını elan etmişdi. Amerikanın CNN televiziya şirkəti və Almaniyanın aparıcı telekanalları ARD və ZDF Rusiya Federasiyasında yayımı dayandırdıqlarını elan ediblər. Bir sıra digər xarici agentliklər də jurnalistlərin Rusiyada fəaliyyətinin müvəqqəti dayandırılması barədə məlumat yayıblar.

Martın 4-də Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələri ilə bağlı yalan məlumatların yayılmasına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu imzalayıb. Qanuna əsasən, Rusiya Cinayət Məcəlləsinə 207.3-cü maddə “Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsi haqqında bilərəkdən yalan məlumatın açıq şəkildə yayılması” maddəsi əlavə edilir. Bu, üç ilə qədər həbs və ya 1,5 milyon rubla qədər cərimə nəzərdə tutur. Saxta məlumat ağır nəticələrə səbəb olarsa, həbs müddəti 10 ildən 15 ilədək olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az