Moldova Ukraynadan 250 min qaçqını qəbul edib

16:55 - 06 Mart 2022

Moldova Ukraynadan 250 min qaçqını qəbul edib

Moldova neytral ölkə kimi artıq 250 min ukraynalı qaçqını qəbul edib.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maia Sandu ABŞ dövlət katibi Entoni Blinkenlə aparılmış danışıqların yekunlarına dair brifinqdə deyib.

"Biz neytral ölkə olaraq müharibənin bilavasitə təsirinə məruz qalmış insanlara kömək əlini uzatdıq. Münaqişə başlayandan indiyədək 250 mindən çox insan Moldova sərhədini keçib", Sandu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az