Rusiyanın Ukraynada daha bir generalı ÖLDÜRÜLDÜ -FOTO

08:58 - 08 Mart 2022

Rusiyanın Ukraynada daha bir generalı ÖLDÜRÜLDÜ -FOTO

Rusiya ordusunun daha bir generalı Ukraynada döyüşlər zamanı öldürülüb.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Söhbət Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Ordu komandanlığının Qərargah rəisi, general-mayor Vitali Gerasimovdan gedir. Onunla yanaşı, bir sıra yüksək rütbəli zabitlərin də zərərsizləşdirildiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Andrey Suxovetski də Ukrayna ilə müharibə zamanı həlak olmuşdu.

Ukrayna kəşfiyyatı: “General-mayor Gerasimov öldürülüb”


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az