Qurban Qurbanovdan tarixi qələbəyə ilk reaksiya

23:22 - 27 Avqust 2025

Qurban Qurbanovdan tarixi qələbəyə ilk reaksiya

“Hamı görürdü ki, gərginlik var idi. Bu, məsuliyyətdən irəli gələn bir şey idi”.


Manset.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ferentsvaroş”la matçdan sonra deyib.

“Futbolçularım qəhrəmandırlar. Onları təbrik edirəm. Neçə il idi ki, bunu istəyirdik. Allah bu gün bizə bunu nəsib etdi. İstəyirdik ki, daha yaxşı oyun göstərək. Ümumi nəticə çox sevindiricidir. İnanın ki, bu gün daha gərgin oyun oldu. İlk dəqiqələrdən bu, hiss olundu. 1:3-dən sonra hamı deyirdi ki, qalib olacağıq. Futbol göstərir ki, istənilən nəticə ola bilər” - Qurbanov deyib.

Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə görə “Ferentsvaroş”u mübarizədən kənarlaşdıraraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az