Bu müharibə belə bitməyəcək, dünya müharibəsinə səbəb olacaq - Zelenski

10:39 - 08 Mart 2022

Bu müharibə belə bitməyəcək, dünya müharibəsinə səbəb olacaq - Zelenski

“İnanın mənə, bir çox Qərb liderləri ilə görüşmüşəm. Bu müharibə belə bitməyəcək. Bu, dünya müharibəsinə səbəb olacaq”.

Manset.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski bildirib. 

Zelenski bu dəfə Amerikanın ABC televiziyasından Putini dialoqa çağırıb.

Lakin o, “Rusiyanın ultimatumlarını qəbul etməyə hazır deyilik” bəyanatı ilə mövqelərini dəyişməyəcəklərinə işarə edib.

"Putin yalan xəbərlərin içində yaşamaqdansa danışmağa, dialoqa başlamalıdır. Putinə çatdırılan məlumatın nə dərəcədə real olduğunu bilmirik", - deyə Zelenski bildirib.

Gülçin Nağıyeva
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az