Xarkovda evə mərmi düşdü - ölənlər var (FOTOLAR)

11:13 - 10 Mart 2022

Xarkovda evə mərmi düşdü - ölənlər var (FOTOLAR)

Martın 9-dan 10-na keçən gecə Ukraynanın Xarkov vilayətində Slobojanskoye kəndində evə mərmi düşüb.

 

Manset.az “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yayıb.

Nəticədə evdə olan 2 qadın və 2 uşaq həlak olub, 5 yaşlı bir uşaq isə yaralansa da, sağ qalıb.

Bununla yanaşı, gecə Xarkovun mərkəzində yerləşən “Nikolski” ticarət mərkəzinə mərmi düşüb, binada yanğın başlayıb. Yanğınsöndürənlər 3 saatlıq əməliyyatdan sonra yanğını söndürməyə nail olublar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 






Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az